Məhv edilən erməni hərbçinin FOTOLARI

16:02 13.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.

Ermənistan KİV-in yaydığı xəbərə görə, fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı:

Eduard Hamletoviç Arutyunyan (1974),
Qaqik Varazdatoviç Manukyan (1982),
Arsen Qaqikoviç Hambardzumyan (1979),
Hraçya Talışeviç Hovhannisyan (1957).

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı  nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.

Ermənistan KİV-ləri “Yerkrapa” Könüllülər Birliyinin döyüşçüsü olan Arsen Hambardzumyan fotoşəkillərini yayıb.

1 mart 1979-cu ildə İrəvan şəhərində anadan olan Arsen Hambardzumyan evli və iki uşaq atası idi. Arsen Hambardzumyanı silahdaşları Fedya adlandırırmışlar.